Premyer Liqanın yeni tapıntısı "Qarabağ" və "Neftçi"nin transfer siyahısında

20 Mart 2022 20:40 Şamaxı 2 893
Premyer Liqanın yeni tapıntısı "Qarabağ" və "Neftçi"nin transfer siyahısında

Premyer Liqanın iki iddialı klubu «Keşlə»nin bir futbolçusuna elçi düşüb.

«Qarabağ» və «Neftçi» Pərviz Azadovun transferində maraqlıdır.

21 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı məxsus olduğu paytaxt təmsilçisi ilə təmas qurulub. Bakıdan Şamaxıya köçməyə hazırlaşan «Keşlə» rəhbərliyi onu yayda satmağa hazır olduğunu elan edib.

Azadov cari mövsümün tapıntılarından biridir. Əsas heyətdə özünə yer eləyən orta sahə oyunçusu Premyer Liqada fərqlənməyi də bacarıb.

O, son olaraq «Səbail»i 3:0 hesabıyla udduqları matçda qol sevinci yaşayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti