Hücumçusundan Qurbanovu peşman etməyə davam...

18 Mart 2022 23:20 Şamaxı 926
Hücumçusundan Qurbanovu peşman etməyə davam...

Azərbaycan Premyer Liqasının 20-ci tur açılış "Keşlə" ilə "Sumqayıt" arasında baş tutan matçla start götürüb.

Meydan sahibləri faisləyə üstün (1-0) yollansa da, sona qədər qələbə hesabını qorumaq mümkün olmayıb.

Mərkəz müdafiəçisi Franki Floresin avtaqolu paytaxt təmsilçisini növbəti qələbədən məhrum edib.

Komandanın yeganə qolunu isə Amil Yunanov vurub. Mövsüm boyu gününü ehtiyatda keçirən forvard ilk fürsətdəcə özünü göstərməyi bacarır.

Nathan Oduva və Felipe Santos kimi forvadların zədəli olması Qurbanovu Amilə şans verməyə məcbur edir. Gənc mütəxəssisin başqa çarəsi də yoxdur.

Bu mövsüm ilk dəfə ötən tur "Səbail"lə matçda (3-0) 90 dəqiqə meydanda olan 25 yaşlı hücumçu qol ötürməsi ilə yadda qalmışdı.

Bu gün isə mövsümdəki ikinci 90 dəqiqəsində qol vurmağı bacardı. İndi qalır belə performası davam etdirmək. Yəqin ki, Sənan müəllim də yetirməsinin belə performasını qarşısında özünü qınayır. Mövüm boyu onun haqqını yediyi üçün. Tək səhvini başa düşüb, zədəlilər qayıdan kimi onu yenə ehtiyata göndərməsin.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti