"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın 20-ci turunun "Sumqayıt"la oyunundan sonra mətbuat konfrasında iştirak edib.
Sportinfo.az xəbər verir ki, Qurbanov matçla bağla bunları deyib:
- Çalışırdıq ki, qələbə qazanaq. Verilən tapşırıqlar var idi ki, ilk hissədə onu görmək olurdu. Rəqibi təzyiq altında saxlamaq istəyirdik. Qol vurmaq istəyirdik, bu da alındı. “Sumqayıt” ikinci yarıda artırmalıydı. Daha çox kompakt oynamağı oyunçulara tapşırmışdım. Rəqib ikinci yarıya fəal başlamışdı. Fərdi səhvdən qapımızda qol gördük. Son 10-15 dəqiqə təzyiqimiz davam etdi. Bir-birinə yaxın komanda üç xal qazanmaq istəyirdi. Fasiləmiz var, dincəlib, məşqləri bərpa edəcəyik.
- Üç xal itirdiniz, yoxsa bir xal qazandız?
- Məncə, bu oyunda üç xal itirən tərəf biz olduq.
- Şamaxıya gedişiniz nəyə görə gecikir?
- Biz tərəfdən rəsmi açıqlama olmamışdı ki, ora gedirik. Futbolçu və məşqçi heyəti verilən tapşırığı yerinə yetirir. Deyirlərsə, orada oynayacağıq, gedəcəyik. Belə qərar verildi. "Səbail"lə oyundan sonra bilirdik ki, burada oynayacağıq. Klub tərəfindən nə açıqlama olsa, bunu yerinə yetirəcəyik.

