Paytaxt klubunun əcnəbilərindən YENİ XƏBƏR VAR

17 Mart 2022 23:40 Şamaxı 725
Paytaxt klubunun əcnəbilərindən YENİ XƏBƏR VAR

Uzun fasilədən sonra, nəhayət, ötən tur "Səbail"i məğlubiyyətə uğradan (3-0) "Keşlə"də əcnəbi futbolçularla bağlı narahatçılıq davam edir.

Bu barədə klubdan məlumat verilib. Belə ki, komandanın əsas simalarından sayılan zədəli Felipe Santos və Natha Oduvanın son durumları hələ də ürəkaçan deyil. Hər iki oyunçunun da sabah "Sumqayıt"la matçı buraxacaqları dəqiqləşib.

Amma digər zədəli legioner Aldair Neto ilə bağlı vəziyyət isə bir qədər fərqlidir. 27 yaşlı oyunçunun durumu qənaətbəxşdir. Baş məşqçi Sənan Qurbanov "kimyaçılar"la görüşdə portuqaliyalı futbolçunu ən azı bir hissə oynatmağı düşünür.

"Keşlə" - "Sumqayıt" görüşü sabah, saat 17:00-da "ASK arena"da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti