SON DƏQİQƏ: Xanımına görə Azərbaycandan çıxıb getdi - QEYRİ-ADİ SƏBƏB

16 Mart 2022 21:20 Şamaxı 1 410
SON DƏQİQƏ: Xanımına görə Azərbaycandan çıxıb getdi - QEYRİ-ADİ SƏBƏB

“Keşlə”də gözlənilməz və qeyri-adi ayrılıq yaşanıb.

Əsas komandada Sənan Qurbanovun fiziki hazırlıq üzrə köməkçisi kimi çalışan Omar Alves Feytos “qırmızılar”ı tərk etmək qərarına gəlib.

Yanvarda baxışa dəvət olunan (!) və testdən uğurla keçən braziliyalı çalışdırıcının Azərbaycanı tərk etmək qərarının arxasında maraqlı səbəb gizlənir.

Belə ki, Omar Alvesin Braziliyada xanımı ilə bağlı tibb müəssisəsi biznesi var.

Məşqçi Azərbaycana gələndə xanımının da ölkəmizə təşrif buyuracağını düşünüb. Daha doğrusu, qadın onu tək buraxmayacağına söz verib.

Lakin üstündən ayyarım keçməsinə baxmayaraq, fiziki hazırlıq üzrə mütəxəssisin həyat yoldaşı Bakıya gəlib çıxmayıb.

O, Braziliyada qalmaq inadını biznesi başsız buraxmaq istəməməsi ilə əlaqələndirib. Omar “iki ayağını bir başmağa dirəyib”, di gəl, xanım fikrindən dönməyib.

Çarəsiz durumda qalan və ailəsinə bağlı olan braziliyalı çıxış yolunu “Keşlə”ni tərk edib vətəninə qayıtmaqda görüb. Rəhbərliyə yaxınlaşıb dərdini deyib və qarşısında “yaşıl işıq” görüb.

Əcnəbi mütəxəssis “Qarabağ”la heç-heçə (0:0) başa çatan oyundan bir neçə gün sonra maaşını alaraq Braziliyaya yola düşüb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti