"Keşlə"nin yarımmüdafiəçisi Turan Vəlizadə Sportinfo.az-a açıqlama verib.
O, komandasının Premyer Liqanın ötən turunda "Səbail" üzərindəki inamlı qələbəsini (3:0) şərh edib:
"Qazanmaq hər zaman bizə əlavə motivasiya verir. Hər oyunda olduğu kimi, "Səbail"lə matçda da qələbəyə inanaraq meydana çıxmışdıq.
Verilən tapşırıqları düzgün yerinə yetirərək, qələbə qazandıq. Növbəti qarşılaşmalarda da qələbə qazanacağımıza inanıram. Bunun üçün komanda olaraq ən yaxşısını edəcəyik".
Oyuna ehtiyatdan qoşulan Vəlizadə son dəqiqədə cərimə zərbəsindən vurduğu möhtəşəm qolla darmadağına töhvə vermiş oldu. 21 yaşlı oyunçu baxımlı qolundan da söz açıb:
"Millinin və aşağı yaş qruplarında keçirdiyim oyunlarda cərimə zərbələrini yerinə yetirirdim. Cərimə zərbələrindən bir çox qolum var.
Bunlar daha çox aşağı yaş qruplarında keçirdiyim görüşlərə təsadüf edir. Məşqlərdə bu cür zərbələr üzərində çox çalışıram.
Zərbədən əvvəl özümə çox inamlı idim. Hər şey düşündüyüm kimi də oldu. Sevinirəm ki, sonda komandamın qələbəsində pay sahibi oldum".
XANOĞLAN

