“Şamaxı” təmsil edəcəyi bölgədə ilk matçını aprelin 9-da keçirəcək.
Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində baş tutacaq oyunda şamaxılıların qonağı ölkənin ən köklü klubu “Neftçi” olacaq.
Oyuna 1 aya yaxın vaxt qalmasına baxmayaraq, artıq indidən hazırlıq işlərinə start verilib. Meydanın və inzibati otaqlarda görülən işlər öz yerində.
Klub və şəhər rəhbərliyinin əsas istəyi aprelin 9-da 2200 azarkeş tutumuna malik stadionun tam dolmasıdır. Bunun üçün klubun “feysbuk” səhifəsi vasitəsi ilə yerli futbolsevərlərə müraciət ünvanlanıb.
Müraciətdə yazılıb:
“Şamaxı” Fk-nın yeni yaradılan fan klubuna üzv olmaq üçün bizə yazın.
Yeni yaradılan fan klubun üzvlərinə oyunlar zamanı forma, şərf, bayraq, papaq və digər atributlar hədiyyə olunacaq”.
Maraq üçün qeyd edək ki, “Keşlə” adını “Şamaxı”ya dəyişəndən sonra hazırda Keşlə təmsilçisini tribunadan dəstəkləyən “Old Wolf” azarkeş qrupu fəaliyyətini dayandıracaq.
Bu barədə saytımıza qrupun rəhbəri Elnur Yusifov məlumat verib.
HƏBİB / SPORTİNFO.AZ

