Hamı ayaqda: “Neftçi” gəlir, bu rayonda əsl toy-bayram olacaq! - SON DƏQİQƏ XƏBƏRİ

14 Mart 2022 17:20 Şamaxı 5 083
Hamı ayaqda: “Neftçi” gəlir, bu rayonda əsl toy-bayram olacaq! - SON DƏQİQƏ XƏBƏRİ

Azərbaycan Premyer Liqasının Şamaxıda keçiriləcək ilk oyununun vaxtı müəyyənləşib.

“Keşlə”nin “Şamaxı” adıyla sözügedən rayonda debütü aprelin 9-da baş tutacaq.

Sənan Qurbanovun çalışdırdığı komanda 22-ci tur çərçivəsində “Neftçi”ni qəbul edəcək.

Həmin gün Şamaxıda əsl futbol bayramı olacaq. İcra Hakimiyyəti həftələrdir bu törənə hazırlaşır. Rəqibin “Neftçi” olması yerli futbolsevərləri daha da motivasiya edib. Stadionda konsert proqramının təşkili planlaşdırılıb.

“Şamaxı”nın doğma məkana gəlişi buna kimi iki dəfə dəfə təxirə salınıb. Səbəb son günlər respublika ərazisində hökm sürən qeyri-sabit hava şəraitidir.

Sinoptiklər qarşıdakı günlərdə ölkənin dağlıq və dağətəyi hissəsinə sulu qar və qar yağacağını proqnozlaşdırır ki, paytaxtdan köç etməyə hazırlaşan klub da planlarını yenə ertələməyi lazım bilib.

Komanda martın 6-da “Sabah”ı Şamaxıda qəbul etməli idi. Stadionu həmin tarixədək hazır vəziyyətə gətirmək mümkün olmayınca, martın 18-də “Sumqayıt”la keçiriləcək qarşılaşma da Bakıda düzənlənəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti