Sinoptiklərdən gələn bu xəbər əyalət klubunu köç etməyə qoymadı

14 Mart 2022 16:20 Şamaxı 1 419
Sinoptiklərdən gələn bu xəbər əyalət klubunu köç etməyə qoymadı

“Keşlə”nin “Şamaxı” adıyla sözügedən rayonda debütü növbəti dəfə təxirə salınıb.

Buna səbəb son günlər respublika ərazisində hökm sürən qeyri-sabit hava şəraitidir.

Sinoptiklər qarşıdakı günlərdə ölkənin dağlıq və dağətəyi hissəsinə sulu qar və qar yağacağını proqnozlaşdırır ki, paytaxtdan köç etməyə hazırlaşan klub da planlarını yenə ertələməyi lazım bilib.

Komanda, əslində, martın 6-da “Sabah”ı Şamaxıda qəbul etməli idi. Stadionu həmin tarixədək hazır vəziyyətə gətirmək mümkün olmayınca, debüt martın 18-nə - “Sumqayıt”la qarşılaşmaya salınmışdı.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti