Qarşıdakı turdan ev oyunlarını Şamaxıda keçirəcək "Keşlə" heç də dəstəksiz qalmayacaq.
Komandanı təkcə yerli fanatlar yox, həm də Bakıdan olan sadiq azarkeşləri dəstəkləmək üçün Şamaxı stadionuna üz tutacaq.
Bunu Sportinfo.az-a açıqlamasında komandanın rəsmi fanklubunun rəhbəri Əhməd Manafov deyib:
"Old Wolf" azarkeş qrupu bizim rəsmi azarkeş qrupuna daxildir və klub tərəfindən maliyyələşir. Bizdə qrup rəhbərlərindən biri olan Elnur Yusifov mətbuata açıqlamasında fəaliyyətimizi dayandırdığını bildirib.
Mən sizin vasitənizlə hamıya bildirmək istəyirəm ki, rəsmi fanklubun rəhbəri mənəm. Klub prezidenti Zaur Axundov sağ olsun bizə yüksək səviyyədə dəstək olur.
Şamaxıda da rəsmi fanklubun üzvləri olaraq komandanın yanında olacağıq. Mən 2009-cu ildən burada çalışıram. Zaur müəllim nə vaxta kimi burdadırsa, mən də burdayam.
Çox yaxşı insandır. Belə rəhbərliklə işləmək çox xoşdur. Yaxın günlərdə rəhbərliklə görüşümüz olacaq. Orda qarşıdakı səfər planımız məlum olacaq".
XANOĞLAN / SPORTİNFO.AZ

