“Keşlə”də işlər qaydasında getmir.
Kubokdan əli üzülən paytaxt təmsilçisinin çempionatda mükafatçı yer tutmayacağı da böyük ölçüdə dəqiqləşib.
Bir yandan da mövsümün qızğın çağında ev oyunlarını paytaxtdan uzaq Şamaxıda keçirmək məsələsi.
Bu qədər dərdin üstünə kollektivdəki zədəlilərin çoxalması da gəlib.
17-ci turda “Qarabağ”la oyunda Felipe Santosu itirən “Keşlə”, 1 tur sonra “Sabah”la qarşılaşmada Natan Oduvanın itkisi ilə barışmalı oldu. Onlara qədərsə Aldair Neto eyni səbəbdən əziyyət çəkirdi.
Sənan Qurbanovun saytımıza verdiyi məlumata görə, Neto kollektiv məşqlərə bu gündən başladığından, hələ tam hazır deyil. “Səbail”lə qarşılaşmada adı iştirak ərizəsinə salınsa belə, oynayacağı sual altındadır.
Santosla Oduvanın durumuna gəlincə, məşqlərdə iştirak etməyən legionerlər hələ də həkimlərin nəzarətindədir. “Səbail”lə oyunda olmayacaqlar.
Ən yaxşı halda “Sumqayıt”la dueldə görünə bilərlər.
“Keşlə” 19-cu turda “Səbail”in qonağı olacaq. Martın 12-də “ASCO Arena”da keçiriləcək görüş saat 16:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

