Bu aydan Şamaxıya köçəcəyi gözlənilən "Keşlə" rəqiblərini hələ də Bakıda qəbul edir.
Komandanın növbəti ev oyununu, nəhayət, bölgədə keçirəcəyi ehtimal olunur.
Amma bunun üçün öncə Peşəkar Futbol Liqasının Şamaxı şəhər stadionunda təftiş aparmasının vacib olmasını xəbər vermişdik.
Artıq bu tələb də yerinə yetirilib. Belə ki, ötən gün PFL-in əməkdaşları adıçəkilən arenada olublar. Stadionun son durmu ilə yerində tanış olublar. Hər hansı ciddi qüsur aşkarlanmayıb.
AFFA rəsmiləri ilə məsləhətləşmələrdən sonra yaxın günlərdə "Keşlə"nin növbəti ev görüşünü Şamaxıda keçiriləcəyi ictimaiyyətə açıqlanacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

