"Keşlə" ciddi itki ilə üzləşib.
Belə ki, "Sabah"la matçda zədə alan Natha Oduvanın durumu ürəkaçan deyil.
Forvard hələ də məşqlərə qoşulmur. Müalicəsi ilə məşğul olan futbolçunun Premyer Liqanın növbəti turunun "Səbail"lə səfər matçını buraxacağı dəqiqdir.
Onun "Sumqayıt"la Şamaxıda keçiriləcəyi ehtimal olunan qarşılaşmaya isə çatacağı sual altındadır.
Təzə-təzə komandaya uyğunlaşan, haqqında müsbət fikirlər formalaşdıran sabiq "Tottenhem"linin başına gələn baş məşqçi Sənan Qurbanovu qayğılandırmaya bilməz.
26 yaşlı oyunçu Premyer Liqanın 18-ci turu çərçivəsində baş tutan "Sabah" matçının 53-cü dəqiqəsində zədələnərək yerini Amil Yunanova verməli olmuşdu.
İngiltərəli oyunçu qış fasiləsində Paytaxt komandasına qoşulub. O, "Keşlə"nin heyətində 3 görüşə çıxıb, amma hələ də fərqlənə bilməyib.
XANOĞLAN /SPORTİNFO.AZ

