Millimizin potensial rəqibi Bakı klubunun qapıçısına dəvət göndərdi

8 Mart 2022 01:20 Şamaxı 1 236
Millimizin potensial rəqibi Bakı klubunun qapıçısına dəvət göndərdi

Moldova yığmasının Millətlər Liqasının pley-off mərhələsində Qazaxıstanla keçirəcəyi oyunlara çağırılan əcnəbi futbolçularının adladı açıqlanıb.

17 nəfərlik siyahıda Azərbaycan Premyer Liqasında çıxış edən bir oyunçu da yer alıb.

Bu, “Keşlə”nin qapıçısı Stanislav Namaşkodur. O, Qazaxıstanla görüşə çağırılan iki əcnəbi qolkiperdən biridir. Tam heyət isə martın 10-da açıqlanacaq.

Moldova ilə Qazaxıstan arasında ilk oyun martın 24-də Kişinyovdakı “Zimbru” stadionunda, cavab görüşü isə 29-da “Astana Arena”da baş tutacaq.

B u cütün qalibi Millətlər Liqasının 2022/23 mövsümünün C Liqasında Slovakiya, Belarus və Azərbaycan ilə eyni qrupda yer alacaq.

Məğlub tərəf isə D Liqasına yuvarlanaraq, Lixtenşteyn, Andorra və Latviyaya rəqib olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!