Klubun paytaxtdan rayona köçürülməsi yenə təxirə düşdü

4 Mart 2022 14:00 Şamaxı 2 219
Klubun paytaxtdan rayona köçürülməsi yenə təxirə düşdü

“Keşlə”nin Şamaxıya köç tarixi dəyişib.

Bu, AFFA-nın klubla bağlı planlarını yenidən dəyişməsi ilə bağlıdır.

Belə ki, federasiya Şamaxı şəhər stadionunun Premyer Liqa oyunlarını qəbul etməyə hələ tam hazır olmadığı barədə sabiq “bankirlər”ı məlumatlandırıb.

Bu işlərin başa çatması minimum 10 gün əlavə vaxt tələb edir. Odur ki, “Keşlə”nin martın 6-da yeni adla burada ilk oyunu “Sabah”a qarşı keçirməsi mümkün deyil.

AFFA-nın istəyi üzərinə debüt martın 18-nə qalıb. Komanda həmin gün “Sumqayıt”ı qəbul edəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti