Hələ həftələr əvvəldən "Keşlə"nin bu aydan etibarən ev oyunlarını Şamaxıda keçirəcəyi elan olunmuşdu.
Amma PFL-in açıqladığı turun təqvimində "Sabah"la ev oyununun Bakıda baş tutacağı göstərilib.
Bəs növbəti ev matçı necə, Şamaxıda keçiriləcəkmi? Ümumiyyətlə, bu barədə son durum necədir?
Suallara cavab olaraq Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev bunları dedi:
"Bəli, bu həftə "Keşlə"nin rəqibini "ASK arena"da qəbul edəcəyi dəqiqləşib. Yaxın günlərdə isə PFL-in əməkdaşları Şamaxı şəhər stadionun təftiş edəcəklər.
Bundan sonra hər hansı problemlər olsa, öncə onlar aradan qaldırılacaq. Yalnız bundan sonra müzakirə aparılacaq və "Keşlə"nin konkret hansı turdan rəqibləri Şamaxıda qəbul edəcəyi barədə ictimaiyyətə məlumat veriləcək".
XANOĞLAN

