Deyir, "Qarabağ"ı udmaq olar(dı): “İstəyimiz çox idi”

2 Mart 2022 22:20 Şamaxı 803
Deyir, "Qarabağ"ı udmaq olar(dı): “İstəyimiz çox idi”

"Hər görüşə qələbə üçün çıxırıq. Bu oyunda da istəyimiz çox idi.

Matça çox ciddi hazırlaşmışdıq. Qələbə də qazana bilərdik. Sadəcə, şanslarımızı dəyərləndirə bilmədik".

Bunu Sportinfo.az-a açıqlamasında "Qarabağ"la bərabərə bitən (0:0) matç haqqında danışan "Keşlə"nin yarımmüdafiəçisi Rafael Məhərrəmli deyib.

Qazanılan bir xal "Keşlə"nin qış fasiləsindən sonrakı ilk xalı oldu. Məhərrəmli belə uğursuz çıxışın daha çox təqvimlə əlaqəli olduğunu bildirib:

"Bu ay bizim oyun qrafikimiz çox ağır idi. Güclü rəqiblərlə oynadıq. Zədəli və xəstə futbolçularımız oldu".

O, hər şeyə rəğmən, "Qarabağ"la oyundakı uğurlu nəticəni davam etdirməyə çalışacaqlarını sözlərinə əlavə edib:

"Bütün çətinliklərə rəğmən, hər oyuna yüksək motivasiya ilə çıxırıq. İstəyimiz bu bərabərliyin davamı olaraq uğurlu seriya yaxalamaqdır".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti