"Qarabağ" kimi rəqibə qarşı çox yaxşı oynadıq. Hətta bir çox məqamlarda onlardan daha yaxşı çıxış etdik".
Bunu Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 17-ci turunun "Qarabağ"la bərabərə (0-0) başa çatan matçı haqqında danışan "Keşlə"nin hücumçusu Felipe Santos deyib.
Braziliyalı 8-ci dəqiqədə əla qol vursa da, baş hakim Əliyar Ağayevin ofsayd qərarı səbəbindən qol qeydə alınmadı. Felipe hələ də qərarla razılaşa bilmədiyini dilə gətirib:
"Hakimin qərarları barədə danışmaq çətindir. Amma vurduğum əla qolun hələ də ofsayd olmadığı düşüncəsindəyəm".
Qarşılaşmanın ən yaxşılarından olan forvard ilk hissənin sonlarından zədələnərək oyuna davam edə bilmədi. Təcrübəli oyunçu son durumunun qənaətbəxş olduğunu bildirib:
"Biləyim büküldü və şişdi. Şükür, ciddi nəsə yoxdur. Artıq müalicəyə başlamışam. Ən yaxın zamanda komandama kömək edə biləcəm".
XANOĞLAN

