"Qarabağ" bu gün meydana "Marsel"ə məğlubiyyəti unutdurmaq üçün çıxacaq"

28 Fevral 2022 14:40 Şamaxı 997
"Qarabağ" bu gün meydana "Marsel"ə məğlubiyyəti unutdurmaq üçün çıxacaq"

"Məncə, bu matçla bağlı çox şey danışmağa ehtiyac yoxdur. Çünki "Qarabağ"ın adı, gücü hər kəsə bəllidir".

Bunu Sportinfo.az-a açıqlamasında "Keşlə"nin üzvü Tərlan Quliyev bu gün baş tutacaq "Qarabağ"la oyun barəsində danışarkən deyib.

Təcrübəli oyunçu qarşılaşmaya tam güclə hazırlaşdıqlarını, amma ağır oyuna ciddi problemlərlə çıxacaqlarını bildirib: "Bu rəqibə qarşı bütün komandalar 100% gücü ilə hazırlaşır. Biz də həmçinin. Sadəcə bizdə problemlər çoxdur. Geniş danışmaq istəməzdim. Buna görə də görüş çox ağır keçəcək. Qış fasiləsindən sonra "Qarabağ"la üçüncü oyunumuzdu. Bu baxımdan bir-birimizi çox yaxşı tanıdığımızı deyə bilərəm".

"Köhlən atlar" bir neçə gün əvvəl Konfrans Liqasında ağır məğlubiyyət aldı. Belə ki, komanda Fransa "Marsel"nə doğma meydanda böyük hesabla (0-3) uduzaraq turnirdə mübarizəni dayandırdı. Bu məqam Qurban Qurbanovun yetirmələrində müəyyən psixoloji düşkünlük yarada bilər. Amma Quliyev bu ehtimalı yaxın buraxmadı:

"Bəli, rəqib "Marsel"ə 3-0 məğlub olaraq avrokuboklarla vidalaşdı. Ancaq Qurban müəllimi yaxından tanıyan biri kimi deyə bilərəm ki, komandası bu gün həmin məğlubiyyəti unutdurmaq üçün meydana çıxacaq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!