1 il futbolsuz qaldı, debütü “Neftçi”yə təsadüf etdi, “qol hissiyatım itib“ söylədi

27 Fevral 2022 18:00 Şamaxı 1 500
1 il futbolsuz qaldı, debütü “Neftçi”yə təsadüf etdi, “qol hissiyatım itib“ söylədi

“Bir ildən çoxdur futboldan uzaq qalmışdım“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Keşlə“nin yeni hücumçusu Natan Oduva deyib.

Premyer Liqanın btən turunda “Neftçi”yə qarşı matçda forma geyinən nigeriyalı forvard debütünü qiymətləndirib:

“İlk oyuna start heyətində çıxdım. Həm də “Neftçi” kimi güclü rəqibə qarşı. Təbii, çıxışımdan tam razı qala bilmərəm.

Bu, Natanın edə biləcəklərinin sadəcə 60 faizi idi. Formamı bərpa etdikcə daha yaxşı olacağına inanıram.

Əsas odur ki, uzun fasilədən sonra futbola qayıtdım. Əlimə düşən imkanları sağa-sola xərclədim? Çıxışımdan razı qalmamağım da sırf həmin epizodları boşa verməyimə görədir.

Əks halda, qaçırdım, mübarizə aparırdım, top alıb-verirdim, “açılırdım”. Amma fürsətlərdən yararlana bilmədim.

Hücumçu uzun müddət topdan və rəsmi oyundan uzaq düşəndə istər-istəməz qol hissiyatını itirir. Bəlkə də bu faktın da rolu var idi“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti