Paytaxt klubundan ayrılmadığına peşmandı - Qurbanova görə

24 Fevral 2022 23:40 Şamaxı 3 615
Paytaxt klubundan ayrılmadığına peşmandı - Qurbanova görə

Anatole Abanq "Keşlə"dən ayrılanda buna ən çox sevinən Amil Yunanov olmuşdu. Ki, daha çox şans qazanar deyə.

Hətta hücumçu ona gələn müəyyən təklifləri geri çevirmişdi. Ümid edirdi ki, baş məşqçi Sənan Qurbanov qış fasiləsindən sonra ona daha çox şans verəcək. Axı paytaxt klubunda tək mərkəz hücumçusu Yunanov qalmışdı.

Amma gənc mütəxəssis hücumçusuz oynamağa belə razı oldu, amma 29 yaşlı forvarda şans vermədi. Heyətdə ciddi itkilərə, zədələrə rəğmən ona qışdan sonrakı 4 matçda 1 dəqiqə belə şans verilmədi. İndi də əvəzedici heyətdə oyunlara çıxmaq məsləhət görülüb.

Sənan Qurbanovun anlaşılmaz münasibətindən ciddi psixoloji sarsıntı keçirən təcrübəli hücumçu, həm də qışda "Keşlə"dən ayrılmadığına görə peşmandır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti