«Keşlə»nin Şamaxıda meydana çıxacağı ilk oyunun vaxtı müəyyənləşib.
Tarixi hadisə martin 6-na təsadüf edəcək.
Komanda həmin gün bu rayonda Premyer Liqanın 18-ci turu çərçiəvsində «Sabah»la qarşılaşacaq.
“Keşlə” martın 1-dən etibarən yeni adla fəaliyyət göstərəcək və “Şamaxı” adlanacaq. AFFA bununla bağlı UEFA ilə apardığı danışıqları yekunlaşdırıb.
Federasiya klubda apardığı audit yoxlamalarının nəticələri haqda qitə futbol qurumunu məlumatlandırıb. UEFA sənədlərlə tanış olandan sonra “Keşlə”nin “Şamaxı”ya çevrilməsinə razılıq verib.
SPORTİNFO.AZ

