Kapitandan cərimələnməsinə REAKSİYA - "Özünə hörmət edən futbolçu..."

23 Fevral 2022 23:20 Şamaxı 945
Kapitandan cərimələnməsinə REAKSİYA - "Özünə hörmət edən futbolçu..."

"İlk əvvəl 1000 manat cərimə olunacağım deyilmişdi. Amma sonda cərimə olunmadım. Hələ ki, sakitlikdir".

Bunu Sportinfo.az-a açıqlamasnda Premyer Liqanın 15-ci turunun "Zirə" ilə matçında(0-2) aldığı qırmızı vərəqəyə görə klub tərəfindən cəzalanmasına münasibət bildirən "Keşlə"nin kapitanı İlkin Qırtımov deyib.

Təcrübəli oyunçu pul cəzası alacağı xəbərinə pis olduğunu sözlərinə əlavə edib: "Düzdü, komandamı azlıqda qoymuşam. Amma mənə pis təsir elədi ki, vərəqə sırf oyun epizodunda olub axı. Ötən dəfə də qeyd etmişdim ki, sarı vərəqəni söyüşə görə almamışam. Hakimlər protokolda da belə bir şey yazmayıb. Çünki söyüş olsa, birbaşa qırmızı verilərdi. Hakimə etiraz yazılıb. Onun da cəriməsi 200 manatdır".

Qırtımov rəhbərliyin cəza qərarını dəyişməsini isə belə əlaqələndirib: "Yəqin ki, rəhbərlik də bütün bunlara görə sonradan cərimə etməkdən vaz keçiblər. Bildilər ki, söyüş olmayıb. Protokolda da belə bir şey yoxdur.

Onları da hardasa başa düşürəm ki, ağır dönəm keçiririk. Aldığım qrımızı vərəqə onlara pis təsir edir. Ki, məndən çox şey gözləyirlər. Amma bu vəziyyət hamımıza pis təsir edir. Özünə hörmət edən futbolçuya məğıubiyyət xoş gələ bilməz".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti