Azərbaycan klubu martın 1-dən… UEFA razılıq verdi

23 Fevral 2022 19:00 Şamaxı 3 711
Azərbaycan klubu martın 1-dən… UEFA razılıq verdi

Martın 1-dən etibarən Azərbaycanda klub yeni adla fəaliyyət göstərəcək.

“Keşlə” həmin tarixdən başlayaraq, “Şamaxı” adlanacaq.

Paytaxt təmsilçisindən Sportinfo.az-a verilən məlumata görə, AFFA bununla bağlı UEFA ilə apardığı danışıqları yekunlaşdırıb.

Federasiya klubda apardığı audit yoxlamalarının nəticələri haqda qitə futbol qurumunu məlumatlandırıb. UEFA sənədlərlə tanış olandan sonra “Keşlə”nin “Şamaxı”ya çevrilməsinə razılıq verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!