“Keşlə”nin kapitanı İlkin Qırtımov klub rəhbərliyi tərəfindən cəzalandırılıb.
Buna səbab Premyer Liqanın XV turunda baş verən hadisədir.
Belə ki, müdafiəçi “Zirə” ilə qarşılaşmada (0:2) qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün AFFA-nın İntizam Komitəsi tərəfindən 1 oyunluq cəzalanıb.
Onun bu hərəkəti klubu 200 manat ziyana salıb. Hakimin ünvanına qeyri-etik ifadə işlətmiş Qırtımov un maaşından 500 manat “tutulub”.
SPORTİNFO.AZ

