Paytaxt klubuna "qənim kəsilən" AGIR GÜNDƏLİK

23 Fevral 2022 20:40 Şamaxı 914
Paytaxt klubuna "qənim kəsilən"  AGIR GÜNDƏLİK

Qış fasiləsindən sonra uğursuzluq yaşayan, hələ də xal qazanmayan yeganə komanda "Keşlə"dir.

Sənan Qurbanovun yetirmələri meydana çıxdığı 4 qarşılaşmanın hamısında məğlubiyyət yaşayıb.

Ölkə kubokunda "Qarabağ"a hər iki oyunda məğlub olan komandanın Premyer Liqada da iki məğlubiyyəti var. Öncə "Zirə"yə minimal hesabla (0-1) uduzan "Keşlə" ötən tur "Neftçi" səfərindən də əliboş qayıtmalı oldu - 1:3.

Paytaxt təmsilçisi 4 matçda buraxılan 11 qola qarşılıq olarq rəqib qapılarından yalnız 1 top keçirə bilib. Onu da son turda "Neftçi" ilə matçda Felipe Santos bacardı.

Belə uğursuzluqda qış fasiləsindəki bərbad hazırlıq, "transfer bazarı"ndakı passivlik və bərbad idarəetmənin rolu danılmazdı. Amma bura daha bir vacib detalı əlavə edə bilərik - uğursuz təqvim. Bəli, Qurbanovun yetirmələri qış fasiləsindən sonra rəqiblərinə nisbətdə ən ağır qrafikdə oyunlara çıxdığını demək olar.

Diqqət edin, komanda fasilədən sonra ölkə kubokunda iki dəfə "Qarabağ"la qarşılaşıb. Premyer Liqadakı rəqiblər isə "Zirə" və "Neftçi" olub. Dərd hələ bununla bitsə nə var ki...

Uğursuz təqvim hələ davam edir. Komandanı qarşıdakı iki turda da ağır rəqiblər gözləyir. Bu tur "Qarabağ"ı qəbul edən komanda, növbəti tur "Sabah"ı qonaq edəcək. Yalnız ondan sonra komandanın "dişinə" görə rəqiblər gözləyir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti