“Klubla onun arasında heç bir problem yoxdur“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Səbuhi Səfiyarlı deyib.
O, agenti olduğu Felipe Santosun “Keşlə“ rəhbərliyi ilə problem yaşaması haqda yayılan xəbərləriin həqiqəti əks etdirmədiyini bildirib.
Tanınmış menecer braziliyalı yarımmüdafiəçinin yaşadığı evdən çıxarılmadığını söyləyib: “Onun kirayə qaldığı mənzilin sahibinə heç bir borcu yoxdur.
Klub ödəməni vaxtında edir. Felipe hardansa bu xəbərləri eşidib və mənə də yazıb ki,nədir bu?
Özünə də çox təəccüblü gəlib söhbət. Futbolçum klubdan da, qaldığı evin şəraitindən də razıdır“.

