Mart ayından etibarən "Şamaxı" adıyla fəaliyyətini davam etdirəcək "Keşlə" gözlənilməz problemlə üzləşib.
Azərbaycan Sənaye Korporasiyası (ASK) bununla bağlı kluba xəbərdarlıq edib.
Məsələ ondadır ki, ASK balansında olan "ASK Arena"nın boşaldılmasını istəyir. Korporasiya bunun üçün "Keşlə"yə vaxt verib.
Sabiq «bankirlər» artıq mayın sonu, iyunun əvvəlində buranı tərk etməlidir. Özü də yalnız əsas və əvəzedici komandalar deyil, həmçinin akademiya.
Halbuki AFFA ötən ilin noyabrında yaydığı açıqlamada klubun aşağı yaş qruplarından ibarət komandaları və akademiyasının 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcəyini bildirmişdi.
SPORTİNFO.AZ

