Yalan danışan Qurbanova kiçik XATIRLATMA

20 Fevral 2022 23:40 Şamaxı 1 326
Yalan danışan Qurbanova kiçik XATIRLATMA

Premyer Liqanın 16-cı turunun dünən baş tutan "Neftçi" - "Keşlə" qarşılaşması qonaqların baş məşqçisi Sənan Qurbanovun növbəti yalanı ilə yadda qaldı.

Belə ki, matçın 51-ci dəqiqəsində Şəhriyar Əliyevi Franko Floreslə əvəzləməsi təcrübəli oyunçunun narazılığı ilə müşayət olundu. Əbəs deyil ki, Əliyev dəyişilməsindən sonra Qurbanovun yanına yox, birbaşa paltar dəyişmə otağına getdi.

3-1 məğlubiyyət yaşadığı matçdan sonra gənc çalışdırıcı komandanın əsas fiqurlarından sayılan yetirməsini əvəzləməsinə şərh verməyi də unutmadı.

Sitat: "Heç bir futbolçu əvəzlənməyi sevmir. Şəhriyar Əliyev də təcrübəli futbolçumuzdur. Şəhriyar inandığımız oyunçudur. Qış toplanışında bizimlə birlikdə olmadı. Hər dəfə əvəzləyəndə psixoloji cəhətdən təsir edə bilər. Ancaq onun formaya düşməsinə çalışacağıq".

Sənan müəllim yalan uydurmağı necə də gözəl bacarırmış. Əgər unudubsa, ona xatırladaq ki, qış fasiləsiləsindən sonrakı iki ən əhəmiyyətli matçlarda - öncə ölkə kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la ilk və "Zirə" ilə Premyer Liqa görüşlərində Şəhriyar Əliyev əsas heyətdə yer alıb və 90 dəqiqə meydanda olub. Əgər futbolçu tam hazır deyildisə, bəs həmin oyunlarda niyə əvəzlənmirdi? Deməli, Sənan bəyin bu iddiası yalan və bəhanədən başqa bir şey deyil.

Əliyevin əvəzlənməsi rəhbərliyin tələbi olub və siz də sevə-sevə "baş üstə" demisiniz. İndi də ayıbınızı bir başqa ayıblamı örtürsünüz?

29 yaşlı oyunçuya da psixoloji təsir edən əvəzlənməsi yox, məhz məşqçisinin danışdığı belə yalanlardı.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti