«Keşlə»də növbəti dəfə dəfə klubdaxili toplantı keçirilib.
Yığıncaqda yeni ildən sonra qeydə alınan nəticələr müzakirə edilib.
Komandanın ölkə kubokunda mübarizəni erkən dayandırması, Premyer Liqada məğlubiyyətləri sıralaması Sənan Qurbanova ciddi irad tutulub.
Baş məşqçiyə işində yol verdiyi nöqsanlar bildirilib. Tapşırılıb ki, futbolçularla münasibətləri qaydasına salsın, çünki demək olar hər gün ondan şikayətlər gəlməkdədir.
Qurbanov isə iddia edib ki, bəzi oyunçular kolllektivdaxili atmosferi pozur və o, çıxış yolunu çəza tədbirlərinin sərtləşdirilməsində görür.
SPORTİNFO.AZ

