Növbəti mübahisə – Komandanın liderini "gözümçıxdı"ya salıblar

20 Fevral 2022 14:00 Şamaxı 839
Növbəti mübahisə – Komandanın liderini "gözümçıxdı"ya salıblar

«Keşlə»nin müdafiəçisi Şəhriyar Əliyevin baş məşqçisi Sənan Qurbanov və bəzi komanda yoldaşları ilə problemi yaranıb.

Paytaxt təmsilçisinin lideri artıq burada qalmaq istəmir. Millinin sabiq üzvünü hiddətləndirən hadisələr bir-birini əvəzləməkdədir.

Dünən Azərbaycan Premyer Liqasında XVI tura start verildi və «Keşlə» «Neftçi»nin qonağı oldu. Ev sahibləri ilk hissədə vurduğu qollarla meydandan 3:1 hesablı qələbə ilə ayrıldı.

Start heyətində yer alan Ş.Əliyev 51-ci dəqiqədə Franko Floreslə əvəzləndi. Bundan az öncə isə o, qapıçı Kamal Bayramovla mübahisə etməklə yadda qalmışdı.

Sənan Qurbanovu bu mübahisədə onu təqsirkar bilməsi və oyundan alması müdafiəçiyə xoş gəlmədi və əvəzlənən kimi birbaşa paltardəyişmə otağına yollandı.

Əliyevi qəzəbləndirən əvvəlki hadisə «Qarabağ»la matçın gekdişində yaşanıb. Belə ki, komandasının ölkə kubokunun ¼ final mərhələsinin cavab görüşündə 0:6 hesabı ilə məğlub olması çalışdırıcını hiddətləndirib.

O, paltardəyişmə otağına daxil olaraq, oyunçuların ünvanına sərt ittihamlar səsləndirib: «Qəsdən bu qədər qol buraxdız ki, mən gedim. İçinizdən kimlərin bunun üçün çalışdığını gördüm.

Mən hər şeyi rəhbərliyə deyəcəm və adlar çəkəcəm. Sizin məqsədiniz məni biabır etməkdir. Bəsdirin, mənə «torba» tikdiz. Bu məğlubiyyəti sizlərə bağışlamayacam».

Fasiləbin bitməsinə az qalmış paltardəyişmə otağını tərk edən çalışdırıcıya dəhlizdə klub rəsmilərindən biri yaxınlaşıb və Şəhriyar Əliyevi əvəzləməli olduğunu, bu göstərişin “yuxarı”dan gəldiyini bildirib.

Sənan Qurbanov isə “bunu mən deyə bilmərəm, içəri keçib özünüz deyin” söyləyib. Və elə də olub. Onun yerinə Rəhman Daşdəmirov meydana çıxıb.

Şəhriyar Əliyev əmindir ki, indi klub daxilində ona qarşı qərəzli kampaniya aparılır. Onu da bilir ki, Sənan Qurbanov bunu öz fikri ilə etmir, başqalarının tapşırıqlarını yerinə yetirir.

Odur ki, növbəti oyunlarda meydana çıxmaq istəmir. Müdafiəçi artıq sözünü baş məşqçiyə deyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti