Baş məşqçi “torbatikən” dediyi futbolçulardan üzr istədi: “Mənə fikir verməyin, əsəbiyəm”

19 Fevral 2022 16:00 Şamaxı 887
Baş məşqçi “torbatikən” dediyi futbolçulardan üzr istədi: “Mənə fikir verməyin, əsəbiyəm”

“Keşlə”də toplantı keçirilib. Baş məşqçi Sənan Qurbanov komandanın mövcud durumu ilə bağlı danışıb və futbolçulardan üzr istəyib.

O, heş bir məğlubiyyəti həzm edə və adətən, belə oyunlardan sonar əsəblərini cilovlaya bilmədiyini söyləyib:

“Bu, mənim xasiyyətimdir, nə edə bilərəm... Hirslənirəm və özümü çox narahat hiss edirəm. Siz mənə fikir verməyin.

O qədər əsəbi oluram, sonra özüm-özümə fikirləşirəm ki, mən nə etdim, nə dedim. Bunları mənə keçin.

Qarşıdan “Neftçi” ilə oyun gəlir. Kubokda “Qarabağ”a böyükhesablı məğlubiyyəti bu oyunda unutdurmalıyıq”.

Sənan Qurbanovla futbolçular arasında növbəti dəfə qarşıdurma yaranıb. Son hadisə «Qarabağ»la matça təsadüf edib.

Belə ki, komandasının ölkə kubokunun ¼ final mərhələsinin cavab görüşündə 0:6 hesabı ilə məğlub olması çalışdırıcını hiddətləndirib. O, paltardəyişmə otağına daxil olaraq, oyunçuların ünvanına sərt ittihamlar səsləndirib:

«Qəsdən bu qədər qol buraxdız ki, mən gedim. İçinizdən kimlərin bunun üçün çalışdığını gördüm.

Mən hər şeyi rəhbərliyə deyəcəm və adlar çəkəcəm. Sizin məqsədiniz məni biabır etməkdir. Bəsdirin, mənə «torba» tikdiz. Bu məğlubiyyəti sizlərə bağışlamayacam».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti