"Qalatasaray"ın sabiq çalışdırıcısı Azərbaycan klubu ilə danışıqlara START VERDİ

19 Fevral 2022 19:20 Şamaxı 5 173
"Qalatasaray"ın sabiq çalışdırıcısı Azərbaycan klubu ilə danışıqlara START VERDİ

"Keşlə"nin yeni baş məşqçi üçün axtarışları davam edir.

Hazırkı çalışdırıcı Sənan Qurbanovla yolları ayırmağı düşünən paytaxt klubu artıq onun yerinə daha bir namizəd tapıb.

Belə ki, rəhbərlik Türkiyəli mütəxəssis Cenk Özcanla danışıqlara başlayıb.

Daha çox köməkçi məşqçi kimi çalışan 47 yaşlı mütəxəssis karyerası ərzində müxtəlif vəzifələrdə də çalışıb.

Hazırda Küveytin "Qadsia" komandasında işləyən mütəxəssis karyerası ərzində bir sıra tanınmış klublarda işləyib.

O, Türkiyədə "Gənclərbirliyi" "Əskişəhərspor", "Giresunspor", "Adana Dəmirspor", "Konyaspor", "Ankaragücü", ölkə xaricində isə "Fulhem", "Narva Trans" kimi komandalarda köməkçi məşqçi kimi çalışıb.

Təcrübəli mütəxəssis "Qalatasaray"ın əvəzedici və Estoniyanın "Narva Trans" klubunda baş məşqçi kimi də fəaliyyət göstərib.

Vaxtı ilə Aykut Kocaman, Mehmet Özdilek, Hikmət Karaman, Yılmaz Vural kimi məşqçilərlə çalışan Özcan ölkəmizə gəlməyə isti baxır. Əgər maaş məsələsində razılıq əldə olunsa, ən qısa müddətdə türkiyəli çalışdırıcı ölkəmizdə işə başlayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti