"Keşlə"də "Neftçi" hazırlığı - "Olanları unudun və..."

18 Fevral 2022 23:20 Şamaxı 1 189
"Keşlə"də "Neftçi" hazırlığı - "Olanları unudun və..."

Azərbaycan Premyer liqasının 19-cu turu çərçivəsində "Keşlə" sabah "Neftçi"nin qonağı olacaq.

Kubokda "Qarabağ"a biabırçı hesabla (0-6) məğlub olaraq mübarizəni dayandıran paytaxt klubu bütün fikirlərini sabahkı oyuna yönəldib. Çünki qazanılacaq qələbə avrokuboklara getmək yolunda önəmli addım sayılacaq.

Klubdaxili son iclasda bunu baş məşqçi Sənan Qurbanov futbolçuların diqqətinə çatdırıb.

Gənc calışdırıcı arada olan bütün narazılıqları unutmağı və "Neftçi" ilə matçda qələbəyə köklənməyi futbolçularından xahiş edib.

Məlum görüşdə heyətin cəzalanacağı gözlənilsə də bu, baş verməyib. Ki, komandanı son çempionla görüşə hazırlamaq rahat olsun.

"Neftçi" - "Keşlə" qarşılaşması sabah, saat 17:15-də start götürəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti