Azərbaycanda hər kəsin tanıdığı məşqçi klubdan qəfil “yoxa çıxdı” - FOTO

16 Fevral 2022 14:40 Şamaxı 7 911
Azərbaycanda hər kəsin tanıdığı məşqçi klubdan qəfil “yoxa çıxdı” - FOTO

“Keşlə” məşqçisi Kamal Quliyevlə bağlı müəmma ilə üzləşib.

O. qəfildən klubdan “yoxa çıxıb”. Yəni ki, Sənan Qurbanovun köməkçisini nə incidən olub, nə də başqa bir problem yaradıb.

2020-ci ilin yayından paytaxt təmsilçisinin əsas komandasında məşqçi olaraq çalışan Quliyev bir müddət əvvəl xəstələndiyi barədə kluba məlumat verərək, 20 günlük bülliten açdırıb.

Daha sonra hələ sağalmadığını bildirərək, həkimlərin məsləhəti ilə müalicəsini ev şəraitində davam etdirəcəyini “Keşlə” rəsmilərinin diqqətinə çatdırıb.

Az keçmiş, Sənan Qurbanov yardımçısı haqda başqa məlumat əldə eləyib. Baş məşqçi öyrənib ki, köməkçisi tez-tez Sumqayıt və Bakıda sərbəst hərəkəıt edir, müxtəliş şəxslərlə görüşür.

O, aldığı bilgiləri rəhbərliklə bölüşərək, Quliyevi daha öz korpusunda görmək istəmədiyini söyləyib.

Yardımçısının ona və futbolçulara qarşı etinasız münisibətindən haqlı olaraq narazı qalan Qurbanov fikrindən dönməyincə, idarəçilər Quliyevə klubda başqa bir iş tapıb.

Belə ki, AFFA və SOCAR-dan edilmiş xahiş əsasında “Keşlə”yə götürmüş Quliyevə akademiyada əlaqələndirici postu tapşırılıb. Lakin o, burada da az qalıb.

Bir neçə dəfə aşağı yaş qrupları üzrə komandaların məşq və oyunlarında görünən mütəxəssis daha sonra bazadan “ayağını kəsib”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti