“Keşlə”də komandadaxili problemlər bir-birini əvəz edir.
Dünən xəbər verdiyimiz kimi, baş məşqçi Sənan Qurbanovla futbolçular arasında növbəti dəfə qarşıdurma yaranıb.
Hadisə «Qarabağ»la matça təsadüf edib. Belə ki, komandasının ölkə kubokunun ¼ final mərhələsinin cavab görüşündə 0:6 hesabı ilə məğlub olması çalışdırıcını hiddətləndirib.
O, paltardəyişmə otağına daxil olaraq, oyunçuların ünvanına sərt ittihamlar səsləndirib:
«Qəsdən bu qədər qol buraxdız ki, mən gedim. İçinizdən kimlərin bunun üçün çalışdığını gördüm.
Mən hər şeyi rəhbərliyə deyəcəm və adlar çəkəcəm. Sizin məqsədiniz məni biabır etməkdir. Bəsdirin, mənə «torba» tikdiz. Bu məğlubiyyəti sizlərə bağışlamayacam».
Bu, “Keşlə”də yaşanan son qalmaqallı olay deyil. Sənan Qurbanovu futbolçuların gözündən salan daha bir hadisə Şəhriyar Əliyevlə bağlı olub.
Fasiləbin bitməsinə az qalmış paltardəyişmə otağını tərk edən çalışdırıcıya dəhlizdə klub rəsmilərindən biri yaxınlaşıb və adını çəkdiyimiz müdafiəçini əvəzləməli olduğunu, bu göstərişin “yuxarı”dan gəldiyini bildirib.
Sənan Qurbanov isə “bunu mən deyə bilmərəm, içəri keçib özünüz deyin” söyləyib.
SPORTİNFO.AZ

