“Keşlə”də əməkhaqqı artımı olacaq.
Bu barədə klubdan Sportinfo.az-a məlumat daxil olub.
Bildirilib ki, yenilik 2022-ci ilin ilk ayından etibarən qüvvəyə minəcək. Burada akademiyada çalışan məşqçi və texniki işçilərin mavacibinin minimum 25-30 faiz artırılması nəzərdə tutulub.
“Keşlə” rəhbərlyi daha əvvəl – sentyabrda klubun akademiyasında çalışan məşqçi və texniki personalın maaş büdcəsini yenidən müzakirəyə çıxarıb.
Ümumi məsləhətləşmədən sonra onların lehinə qərar verilib. Həmin qərara əsasən, burada fəaliyyət göstərən şəxslərin əməkhaqları 150-200 manat civarında artırılıb.
SPORTİNFO.AZ

