"Neftçi" ilə matça ciddi hazırlaşmışdıq.
Əslində oyuna da pis başlamadıq. Sadəcə diqqətsizlikdən qapımızda 2 qol gördük".
Bunu Sportinfo az-a açıqlamasında "Neftçi" üzərində 3:2 hesablı qələbədən danışan "Keşlə"nin müdafiəçisi Azər Salahlı deyib.
Cinah oyunçusu belə qələbəyə ehtiyaclı olduqlarını dilə gətirib: "Buna baxmayaraq özümüzdə güc tapıb, geridönüş edə bildik. Açığı, belə bir qələbə bizə psixoloji cəhətdən çox vacib idi. Şükürlər olsun ki, bunu bacardıq".
Təcrübəli oyunçu 0-2 uduzanda heç bir ümidsizlik yaşamadıqlarını və hətta 0-3 olsa belə yaxşı nəticəyə inandıqlarını deyib:
"Hesab 0-3 olsaydı belə, biz sona qədər özümüzə inanıb və mübarizə aparacaqdıq. Çünki qarşılaşmaya çox yaxşı hazırlaşmışdıq".
Qarşıdan milli komandaların görüşləri ilə bağlı təxminən 10 gün Premyer Liqada fasilə yaranacaq. Salahlı hazırkı məqamda belə fasiləni "Keşlə" üçün xeyrli sayıb:
"Məncə, fasilənin olması yaxşı oldu. Çünki sıradakı oyun "Qarabağ"la səfərdə olacaq. Həmin matça yaxşı hazırlaşmağa xeyli vaxtımız olacaq".

