Premyer Liqanın son 2 turunda məğlubiyyətlə üzləşən “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov gülməli vəziyyətlə üzləşib.
O, komandanı düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün futbolçulara minnətçi düşüb.
Çalışdırıcı bu məqsədlə bir neçə oyunçu ilə görüş keçirib və onlara “necə oynayaq”, “nə edək” sualları ünvanlayıb.
Kollektiv üzvləri baş məşqçiyə “beşli müdafiə” takliki sxeminə keçməyi təklif edib. Qurbanov buna tərəddüdlə yanaşıb və “mən “beşli müdafiə”ni bilmirəm, başım çıxmır” deyib.
SPORTİNFO.AZ

