Qurbanov "hə" desə, "Neftçi"yə qarşı o da olacaq

5 Noyabr 2021 23:20 Şamaxı 2 655
Qurbanov "hə" desə, "Neftçi"yə qarşı o da olacaq

"Keşlə"nin zədəli yarımmüdafiəçisi Rəhman Hacıyev sağalıb.

28 yaşlı oyunçu artıq neçə gündü komanda ilə məşqlərə qoşulur. O, qarşıdakı tur "Neftçi" ilə oyunda meydanda olmağa hazırdır.

Əgər baş məşqçi Sənan Qurbanov şans verərsə, "Neftçi"dən "Keşlə"yə icarəyə gələn Hacıyevi paytaxt derbisində görə bilərik.

Xatırladaq ki, Rəhman Hacıyev "Sumqayıt"la yoxlama görüşündə arxa əzələsində ağrılar hiss etdiyi üçün əvəzlənmişdi.

Bu səbəbdən Rəhman Premyer Liqanın son üç turunda komandasına kömək edə bilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!