Braziliyalı hücumçu Bakı klubunu tərk etməyə hazırlaşır

5 Noyabr 2021 10:40 Şamaxı 2 016
Braziliyalı hücumçu Bakı klubunu tərk etməyə hazırlaşır

Yayda «Keşlə» ilə 1 illik müqavilə imzalayan Felipe Santos buradan ayrılmaq fikrindədir.

Braziliyalı hücumçu artıq bu barədə klub rəhbərliyini məlumatlanıdırıb.

Azərbaycana gələnə kimi Sloveniyada «Moribor»un formasını geyinmiş cənubi amerikalı legioner qış fasiləsində müqaviləni pozmağı düşündüyünü bildirib.

Onu narazı salan Sənan Qurbanovun münasibətidir.

Belə ki, baş məşqçinin tez-tez əcnəbi futbolçuları mətbuatın «önünə atması», uğursuzluqların müqəssirləri qismində onları nişan verməsi «sambaçı»nı boğaza yığıb.

«Keşlə»nin mövsümlərarası fasilədə heyətinə qatdığı yeganə səviyyəli legioner olan Felipe belə şəraitdə klubda qalmağı mənasız hesab etdiyini bildirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti