Qurbanov klub rəhbərliyinə 7 nəfərlik “qara siyahı” təqdim etdi

1 Noyabr 2021 22:20 Şamaxı 1 635
Qurbanov klub rəhbərliyinə 7 nəfərlik “qara siyahı” təqdim etdi

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov klub rəhbərliyi ilə bir araya gəlib.

O, Premyer Liqanın son 2 turunda qeydə alınan məğlubiyyətin hesabatını verib.

Paytaxt təmsilçisinin çalışdırıcısı qeyri-sabit çıxışın səbəbkarı kimi futbolçuları nişan verib. Qurbanov əsasən legionerləri hədəf alıb, onların komandaya can yandırmadığını iddia edib.

Baş məşqçi “qara siyahı”sını da rəsmilərə təqdim eləyib. Onun qış fasiləsində düşərgədən kənarlaşdırmaq istədiyi oyunçuların sayı 7-dir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti