Ya səhvini anlayacaq, ya da istefa ərizəsi yazacaq!

31 Oktyabr 2021 10:40 Şamaxı 1 701
Ya səhvini anlayacaq, ya da istefa ərizəsi yazacaq!

«Keşlə» çıxışı ilə gah nala vurur, gah mıxa.

Qeyri-sabit nəticələr komandanın baş bəlasıdır.

Beş aydır 200 min manatın (kuboku qazanmaqları münasibətilə almalı olduqları mükafat) yolunu gözləyən, maaşını vaxtında almayan kollektivin bir də Sənan Qurbanov problemi var.

Hansı ki, aylardan bəri bir sümük olub, keçib futbolçuların boğazına, orada ilişib qalıb.

O, yalnız klub rəhbərliyinə sərf edir. Bütün tapşırıq və göstərişlərinin qeyd-şərtsiz icraçısıdır: özünü sərəncamındakılara görə onlarla üz-göz eləməz, bir problemlərinin həllində sinəsini irəli verməz, yaxın durmaz.

Bu da bir xasiyyət, bir yanaşma, bir «özünüqoruma instinki»dir.

Sənan Qurbanov sükan arxasında var olduğu müddətdə «Keşlə» stabillik nədir, bilməyəcək. Birini udub, üçünə uduzacaq, ikisi ilə heç-heçə oynayacaqlar.

Əlqərəz, səndirləmə tez-tez təkrarlanacaq, ayaq üstündə qalmayacaqlar.

Bir komandanın rəqiblərlə ayaqlaşması, mübarizə meydanında duruş gətirməsi üçün baş məşqçisinin ayıq və ayaq üstündə dayana bilməsi şərtdir.

«Keşlə»də isə baş məşqçi yıxılı vəziyyətdədir – «Ə, sənə deməmişik, filankəsi meydana burax, filan taktika ilə oyna?» deyə, üstünə qışqıran klub rəsmilərinə tərəf.

Belə bir tipajı futbolçu necə sevsin, niyə sevsin, hansı ağılla ondan ötrü meydanda canını əda etsin? Sevmir və sevməyəcək də.

Ta səhvini anlayıb, onların haqlarını müdafiə etməyə başlayacağı günə kimi. Ya da istefa ərizəsi yazacaq.

Qurbanovun üçüncü yolu qalmayıb artıq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti