"Verdiyim sözün ağasıyam, heç kim narahat olmasın, pul batmayıb, ödəniləcək"

30 Oktyabr 2021 15:00 Şamaxı 1 192
"Verdiyim sözün ağasıyam, heç kim narahat olmasın, pul batmayıb, ödəniləcək"

Ötən mövsüm ölkə kubokunun qalibi olan "Keşlə"nin futbolçuları hələ də onlara vəd edilən pulu ala bilmir.

Təsəvvür edin ki, qazanılan tituldan 5 aydan artıq vaxt keçib.

Arxada qalan müddətdə komandaya mükafatın veriləcəyi tarixlə bağlı dəfələrlə vəd verilib. Söhbət 200 min manatdan gedir.

Bir neçə gün əvvəl isə mükafatanı dekabra kimi paylanacağı deyilib. Bu dəfə Müşahidə Şurasının sədri Zaur Axundov tərəfindən.

Klubun bir nömrəli şəxsin adından futbolçulara xəbər bu cür çatdırılb: "Mən nəyi söz vermişəmsə, həmişə onu yerinə yetirmişəm.

Verdiyim sözün ağasıyam. Bir az problemlər var, ona görə də ödmələr buvaxtadək yubandı. Heç kim narahat olmasın, mükafat batmayıb, ödəniləcək".

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti