"Mən də bu komandanın üzvüyəm və oynamağa həm gücüm, həm təcrübəm var"

29 Oktyabr 2021 09:40 Şamaxı 980
"Mən də bu komandanın üzvüyəm və oynamağa həm gücüm, həm təcrübəm var"

"Stanislav Namaşko aşağı səviyyədə oynadı, üçüncü qolu buraxacağını, elə səhv edəcəyini gözləmirdik.

Hər şey ola bilər. Bütün mövqelərdə rəqabət olmasını istəyərik. Gərək qapıçı özünü toparlasın.

Kamal Bayramov təcrübəli qolkiperdir. Növbəti görüşlərdə onu meydanda görə bilərik".

Bu fikirləri Azərbaycan Premyer Liqasının 8-ci turunda "Qəbələ"yə məğlubiyyətdən sonrakı mətbuat konfransında "Keşlə"nin çalışdırıcısı Sənan Qurbanov dilə gətirmişdi.

Qurbanovun növbəti tur şans vermək istədiyi Bayramov isə uzun müddətdir ehtiyat skamiyanın daimi üzvüdür.

Görəsən, belə olan halda təcrübəli qapıçı özünü oynamağa hazır sayırmı?

Sualımıza cavab olaraq Sportinfo.az-a açıqlamasında Kamal bunları deyib: "Sənan müəllimin verdiyi qərarlara hörmətlə yanaşırıq. Bütün məsuliyyət onun üzərindədir.

Bizə düşən isə kollektiv olaraq onun ətrafında toplaşmağımızdır. Həmkarımın səhvinə gəldikdə isə futbolda səhvdən heç kəs sığortalanmayıb.

Kimsə deyə bilməz ki, mən sabah meydana çıxıb səhv etməyəcəm. Mən də bu komandanın üzvüyəm.

Ehtiyac yarandığı vaxt oynamalıyam. Buna gücüm və təcrübəm də var. Düzdü, oyunlarda az oynayanda praktika ilə bağlı çətinliklər yaranır.

Amma bunu da təcrübə ilə aradan qaldırmaq olar. Nə zaman baş məşqçimiz lazım bilsə, komandama kömək etməyə hazıram. Bu baxımdan nə fiziki, nə də psixoloji çətinliyim var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti