"Mən ona kin saxlamıram, belə insanla işləyə bilməzsiz"

23 May 2020 14:22 Səbail 589
"Mən ona kin saxlamıram, belə insanla işləyə bilməzsiz"

"Bir daha onunla maraqlanmayacağımı açıq şəkildə bildirdim. Onunla işim qurtardı.

Harada olursa olsun, Ekşteynə hər şeyin ən yaxşısını arzulayıram, kin saxlamıram".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Soccerladuma" nəşrinə açıqlamasında futbol agenti Palesa Mkhize "Səbail"in legioneri Hendrik Ekşteynlə yollarını ayırması barədə danışarkən deyib.

O, 29 yaşlı cənubi afrikalı yarımmüdafiəçini Avropaya apardığını vurğulayıb. Mkhize buna baxmayaraq Ekşteynin onu başqa bir agentə görə tərk etdiyini bildirib: "Bu, onun insanlığını göstərir. Belə bir insanla işləyə bilmərsiniz. O, ikinci dəfə mənə eyni şeyi etdi".

Futbol agenti "Kayzer Çifs"yə keçənə qədər afrikalı oyunçu ilə işlədiyini söyləyib: "Klubla müqavilə imzalayandan sonra məni başqa bir agentə dəyişdi.

Yenidən mənimlə işləyəndən sonra yaxşı çıxış etməyə başladı. Danışıqların buna təsir etdiyini bilmirəm. Həmişə futbolçularla danışıram və oyunlarını inkişaf etdirmələrini deyirəm.

"Kayzer Çifs"də son altı ayda yaxşı oyun sərgilədi. Ölkə xaricində yeni anlaşma əldə etdikdən sonra pis hadisələrin olacağını hiss etdim. Sadəcə, tarixin təkrarlandığını bilirdim".

Hendrik Ekşteyn ötən yay Cənubi Afrikanın "Kayzer Çifs" klubundan "Sabah"a keçsə də, qış fasiləsində "Səbail"ə transfer olub.

Digər Xəbərlər
Xəbər Lenti