"Bu keçid 1 günün içində baş verdi, çox gözlənilməz oldu"

8 Mart 2020 13:20 Səbail 1 207
"Bu keçid 1 günün içində baş verdi, çox gözlənilməz oldu"

"Bu keçid 1 günün içində baş verdi, hər şey çox gözlənilməz oldu".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Bayıl klubunun futbolçusu Orxan Qurbanlı karyerasını ölkə xaricində davam etdirəcək. 24 yaşlı yarımmüdafiəçi "Dauqavpils"ə keçib. Qurbanlı mövsümün sonuna kimi icarə əsasında Latviya komandasının şərəfini qoruyacaq.

O, 2016-cı ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin formasını geyinib. Həmin vaxt "Neftçi"yə məxsus olan yarımmüdafiəçi icarə əsasında "Dauqavpils"də oynayıb.

Hacıyev Orxanın legioner həyatı yaşamasına münasibətinin yaxşı olduğunu bildirib: "Onun özünü göstərən vaxtıdır. Bizdə əsas heyətə az-az düşürdü, rqabətə davam gətirməyə çətinlik çəkirdi.

Latviyaya getməmişdən əvvəl gəlib məndən icazə istədi, dedi, belə bir fikrim var. Mən də razılıq verdim. Ona görə Latviya klubundan təzminat istəmədik. Yolu açıq olsun, gedib özünü göstərsin".

Digər Xəbərlər
Xəbər Lenti