"Bu gün hər iki komanda əziyyət çəkdi" - Aftandil Hacıyev

2 Noyabr 2019 18:37 Səbail 560
"Bu gün hər iki komanda əziyyət çəkdi" - Aftandil Hacıyev

"Əvvəlcədən bilirdik ki, hansı rəqibə qarşı mübarizə aparacağıq. "Keşlə" az top buraxan, son vaxtlar yaxşı formada olan komandadı. Buna görə də matça ciddi hazırlaşmışdıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın X turunun "Keşlə" ilə oyunundan sonra keçirilən mətbuat konfransında deyib. Qolsuz başa çatan matç haqda fikirlərini açıqlayan mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Hər iki hissədə oyunun nəzarəti bizdə idi. Hətta ilk hissədə qol da vurduq. İndi dəqiq deyə bilmərəm ki, orda qayda pozuntusu var idi, yoxsa yox. Videotəkrara baxandan sonra fikir söyləmək olar. Bu gün hər iki komanda əziyyət çəkdi. Fərq ondadır ki, rəqib bizdən daha çox istirahət etmişdi. Buna görə futbolçularımızda son 15 dəqiqədə yorğunluq vardı. Bu da normaldır. Həm oyundan, həm də nəticədən razı qaldım".

- Mirabdulla Ababsov son 2 matçda sonradan meydana çıxır, əvəzində 21 yaş limitində 2 futbolçu - Turan Vəlizadə və Elçin Rəhimlini oynadırsız. Mirabdullanın ehtiyatda qalması taktiki gedişlə bağlıdı, yoxsa hazırda yaxşı formada olmaması ilə?

- Elçin "Qarabağ"la matçı yaxşı keçirmişdi. Buna görə dəyişikliyə əl atmaq istəmədik. Hər iki futbolçuya diqqət yetiririk. Elçinin start heyətində meydana çıxmağlı məşqdəki əziyyətinin nəticəsidi. Ancaq Mİrabdullaya da ehtiyacımız car. Bilirsiniz ki, ehtiyat qüvvəmiz geniş deyil. Buna görə də hər bir futbolçu bizim üçün vacibdi.

- Kapitan Eltun Yaqublunu əvəzləyəndən sonra görüşmədiniz. O, ehtiyat oyunçular skamyasında da qalmadı, birbaşa paltardəyişmə otağına yollandı. Aranızda problem var?

- Yox. Həmin anda məşqçilərimizlə məsləhətləşirdim. O, məni görmədi. Diqqət yetirsəz, sonradan görüşdük. Ehtiyat oyunçular skamyasında otrmamağı isə soyuqla bağlıdı. Xəstələnməməsi üçün paltardəyişmə otağına yollanmasını daha məqsədəuyğun saydıq.

Digər Xəbərlər
Xəbər Lenti