"Səbail"in legioneri zədəsini sağaltdı - BİR İLDİR OYNAMIR

29 Oktyabr 2019 15:01 Səbail 803
"Səbail"in legioneri zədəsini sağaltdı - BİR İLDİR OYNAMIR

"Səbail"in müdafiəçisi İqor Korotetski zədəsini tam sağaldıb.

Bu barədə Sportinfo.az-a açıqlamasında ukraynalı futbolçu özü məlumat verib. Ötən ilin noyabrında ağır zədə alan 32 yaşlı oyunçu artıq meydana çıxmağa hazır olduğunu bildirib:

"Zədəm tam sağalıb. Çoxdandır komanda ilə birlikdə məşq edirəm. Meydana qayıtmağıma lap az qalıb. Ümid edirəm ki, qarşıdakı turlarda oynaya biləcəm".

Qeyd edək ki, ötən mövsüm qış fasiləsinə yaxın "Zirə" ilə matçda diz bağları qırılan Korotetski 1 ildir futbol oynamır.

Digər Xəbərlər
Xəbər Lenti