"Qəbələ" göstərdi ki, "Qarabağ"dan xal almaq olar"

28 Oktyabr 2019 13:14 Səbail 601
"Qəbələ" göstərdi ki, "Qarabağ"dan xal almaq olar"

"Bu gün bizi çox çətin oyun gözləyir. Çempionatın liderinə qarşı çıxış edəcəyik. “Qarabağ” Azərbaycanın ən güclü klubudur. Üstəlik səfərdə oynayırıq. Buna baxmayaraq biz də yaxşı hazırlaşmışıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in kapitanı Rahid Əmirquliyev deyib. Premyer Liqanın 9-cu turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Səbail" bu oyundan xalla ayrılmaq istəyir. Onun sözlərinə görə, "Qarabağ" Avropa Liqasında oynasa da, bu gün meydana yorğun çıxmayacaqlar:

"İstəyirik ki, yaxşı nəticə qazanaq. Çoxdandır ki, qələbə qazana bilmirik. Bu gün əlimizdən gələni edəcəyik ki, nəticə yaxşı olsun.

Düzdür, “Qarabağ” dördüncü gün Avropa Liqasında ağır oyun keçirib. Amma deməzdim ki, onlar yorğun olacaq. Həmin görüşün üstündən 4 gün keçib. Həm də “Qarabağ”ın heyəti genişdir. Yorğun futbolçuları əvəz edəcək oyunçuları var. Əlbəttə, “Qarabağ”dan xal almaq olar. Bunu “Qəbələ” də göstərdi. Onlar göstərdi ki, “Qarabağ”a qarşı oynamaq da olar, xal almaq da. Çalışacağıq ki, fürsətlərdən maksimum istifadə edib, lazım olan nəticəni əldə edək”.

Digər Xəbərlər
Xəbər Lenti